MTN-in xanım polkovniki ölkədən kimi "qaçırıb"? - Rəsmi
Son günlər bəzi kütləvi informasiya vasitələrində "Ellada Kərimova MTN polkovnikinin köməyi ilə ölkədən qaçdı. "Mandarin Travel” turizm agentliyinin direktoru Ellada Kərimova böyük dələduzluqda günahlandırılsa da, keçmiş MTN polkovniki Ofeliya Mahmudovanın köməyi sayəsində ölkədən qaça bilib” başlığı altında məqalələr yayılıb.
Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda keçmiş Milli Təhlükəsizlik Nazirliyinin "polkovnik Ofeliya Əbilhəsən qızı Mahmudova” adlı əməkdaşının olmadığını bildirib.
"Kütləvi informasiya vasitələrindən sensasiya naminə həqiqətə uyğun olmayan, yoxlanılmamış, qərəzli, ictimai rəyi çaşdırmaq məqsədi güdən və əvvəllər təhlükəsizlik orqanlarında şərəflə və vicdanla xidmət etmiş əməkdaşların zabit nüfuzuna xələl gətirən informasiyaların yayılmasına yol verilməməsi xahiş olunur", - məlumatda qeyd edilib.
Miq.Az