BBC-3 radiosunun üç əməkdaşı Lusi Duran, Ceyms Parken və Melani xanım Azərbaycana səfər ediblər. Onlar respublikamıza Londonun məhşur Royal Albert Hall-da səslənəcək Azərbaycan musiqi layihəsinin hazırlıqları səbəbindən gəliblər. Həmin səhnədə istedadlı xanəndə Qoçaq Əsgərov və onun londonlu tələbəsi Fidan Hacıyeva çıxış edəcəklər.
Xanəndə Vətəninfo.az-a bildirib ki, konsert layihəsinin hazırlıqları çərçivəsində ustad dərslərinin təşkili nəzərdə tutulub. Bu dərsləri görkəmli xanəndələrimiz Londonda, ingilislərin mühitində boya-başa çatan azərbaycanlı Fidan Hacıyeva üçün keçəcəklər.
“Fidan mənim virtual tələbəm olub. O, Azərbaycan musiqisinə böyük maraq göstərib. İlk illər ona Skype vasitəsi ilə ona muğam və xalq mahınlarımızı aşılamışam. Bir müddət əvvəl bizim bilirkə konsertimiz oldu. Artıq ikincə və ən böyük layihəyə hazırlaşırıq. Hazırda F.Hacıyeva Londonda Soas universitetində təhsil alır. Musiqi nəzəriyyəsi, vokalın sirlərini öyrənir. Muğamı isə mənimlə yanaşı görkəmli xanəndələrdən öyrənməyə qərarlıdır. Bu gün xalq artisti Alim Qasımovun ustad dərsində iştirak edəcik. Daha sonra Arif Bababyev, Zabit Nəbizadə, Gülyaz və Gülyanaq Məmmədovaların sinfində dərs prosesinə qatılacaq. Ən böyük dərsimiz Şamaxıda olacaq ki, bu, ustad Alim Qasımov və qızı Fərqanə xaınımın iştirakı ilə təqim ediləcək. Həmin gün geniş musiqi məclisi təşkil ediləcək. Bütün bunları BBC-3 radiosunun əməkdaşları işıqlandıracaq” – deyən Q.Əsgərov özü Fidan üçün dərsləri Mahnı Teatrında keçdiyini sözünə əlavə etdi.
Qonaqlarının bu ayın 9-na kimi Azərbaycanda olacaqlarını bildirən xanəndə hazırlıq prosesinin mayda növbəti səfərlə davam edəcəyini bildirdi:
“Həmin heyət mayda yenidən qonağımız olacaq. Məşqləri başa çatdırandan sonra avqustun 22-də dünyada məhşur olan Royal Albert Hall hər ikimizin konsert proqramı təqdim ediləcək. Biz birlikdə səhnəyə çıxacıq, saat yarımlıq konsertin bir saatı mənim, qalanı Fidan Hacıyevanın payına düşəcək. Həmin səhnəni həm BBC, həm də əksər kanallar işıqlandıracaq”.
Xatırladaq ki, sözügedən konsert layihəsi Royal Albert Hall-ın, BBC-3 radisonun rəhbərliklərinin və YUNESKO-nun eksperti, musiqişünas Sənubər Bağırovanın birgə təşəbbüsüdür.