Mübariz Mənsimovdan "Gül MESAJI"- Müqəddəs ANALAR adına TƏBRİKLƏR

Mübariz Mənsimovdan

Xəbər verdiyimiz  kimi iki aya yaxındır ki, Azərbaycanda və dünyanın əksər ölkələrində vicdanlı və təəssübkeş həmyerlilərimiz Mübariz Mənsimovun izolyasiyasından narahatdır.
 
Ötən mövzumuzda qeyd etiyimiz kimi hətta dünyanı ağuşuna alan koronavirus pandemiyası Mübariz Mənsimovdan yana narahatçılığımızı üstələyə bilmədi. Dünyanın hər yerində Mübariz Mənsimova azadlıq şüarları səsləndirilir,  azərbaycanlı imicinin azadlığı üçün yaşından asılı olmayaraq 7-dən 77-yə kimi  böyük əksəriyyət "Mübariz Mənsimovun azadlığı Azərbaycanın azadlığıdır-qürurudur!"-deyir.

İndilərdə Mübariz Mənsimovla bağlı əldə etdiyimiz xəbər sevindirici olduğu qədər həm də düşündürücüdür. 

"Axşam qapıma gələn bu çiçək ürəyimə iynə kimi batdı. Elə batdı ki, o ağrını hələ də hiss edirəm... Yandırdı məni... Məhv etdi.. Göz yaşlarıma hakim ola bilmədim... Bu çiçəyi, bu diqqəti, bu məktubu Mübariz bəydən bu gün gözləmirdim, hec gözləmirdim. Amma təxmin etməli idim."

Bu barədə "Palmali” Şirkətlər Qrupunun mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva bildirib: 

"Bunu yalnız o edə bilərdi. Zümrüd ananın oğlu Mübariz Qurbanoğlu. Diqqəti diqqət çəkəcək qədər, ürəyi adı qədər böyük insan... Fəxrimiz, qürurumuz, Mübarizimiz...

Heç nə unutmaz, unutsaq da bərk əsəbləşərdi. Hər zaman diqqəti və jestləri ilə seçilən Mübariz... İnsan həyatını dəyişdirə biləcək qədər böyük jestlər. Kiminsə həyatını, kiminin isə işini qurtarardı. Hec bir qarşılıq gözləmədən. Sevir o belə jestləri və elə bu səbəbdən də çox sevilir. Diqqət etdiyi qədər də diqqət sevər.

O bir otaqlı, boz, soyuq məhbus həyatını yaşayıb, bizi-anaları düşünməsi məni qəhərə boğur. Dərdə salır. Bu çiçəkdən Zümrüd anaya da gedib şübhəsiz. Onu mən heç təsəvvür edə bilmirəm.. Zümrüd anaya bu çiçək yox, oğulu, canı, həyatı olan Mübarizi ən böyük hədiyyə olardı.

Bu çiçəyi qarşıma qoyub baxaraq düşünürəm, biz axı analar heç nə edə bilmirik. Amma bunu bilirik ki, anaların duaları hər zaman qəbul edilir. Gözəl analar! Bayramınız mübarək! Gəlin dualarımızı Mübariz üçün edək. Hədiyyəmiz onun sağlığı və azadlığı olsun! Dualarımız səninlədir, Mübariz İnsan!"- deyə Fidan Quliyeva bildirib.

Redaksiyadan: Mübariz Mənsimov tərəfindən göndərilən bu güllər həm də bir mesajdır. O mesaj ki, iş adamı bütün türk dünyasının analarını təbrik edir. Bir daha xatırladırıq ki, bəzi dünya ölkələrində analar günü fərqli tarixlərdə olur, Türkiyədə isə analar günü bu il may ayının 10-da qeyd olunacaq. 

Əziz oxucular, KİV-də, sosial şəbəkələrdə, öz şəxsi feysbuk səhifələrində belə Mübariz bəylə narahatçılığını bildirən, hətta ibadətlərində bu insanla bağlı Allaha dua edən bütün ana-bacılarımıza təşəkkürlərimizi bildiririk. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az