Müdafiə Nazirliyi ermənilərə işləyənlərə xəbərdarlıq etdi

Müdafiə Nazirliyi ermənilərə işləyənlərə xəbərdarlıq etdi

Qurumdan rəsmi məlumat

Müdafiə Nazirliyi sosial şəbəklərdə düşmənin maraqlarına xidmət edən müzakirələr barədə xəbərdarlıq edib. 

Miq.Az-ın məlumatına görə, Müdafiə Nazirliyinin saytında yerləşdirilmiş xəbərdarlıqda deyilir: 

"Aprel ayının 1-dən Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən mövzu ilə bağlı müzakirələr aparılır və müxtəlif şərhlər paylaşılır.

Həmin yazılarda çağırışçıların xidmət keçəcəkləri hərbi hissələrin nömrələri, təyinatı və dislokasiya yerləri göstərilir, eləcə də qarşılıqlı dəqiqləşdirici suallar verilir. Düşmənin maraqlarına xidmət etdiyini nəzərə alaraq, Müdafiə Nazirliyi bildirir ki, bu kimi məlumatların yayılması qəti surətdə yolverilməzdir".

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az