Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə MÜRACİƏT ETDİ

Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə MÜRACİƏT ETDİ
Azərbaycan Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib.   

MN-dən  verilən məlumata görə, müraciətdə qeyd edilib ki, aprel ayının 1-dən Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən mövzu ilə bağlı müzakirələr aparılır və müxtəlif şərhlər paylaşılır. 
"Həmin yazılarda çağırışçıların xidmət keçəcəkləri hərbi hissələrin nömrələri, təyinatı və dislokasiya yerləri göstərilir, eləcə də qarşılıqlı dəqiqləşdirici suallar verilir. Düşmənin maraqlarına xidmət etdiyini nəzərə alaraq, Müdafiə Nazirliyi bildirir ki, bu kimi məlumatların yayılması qəti surətdə yolverilməzdir", -deyə nazirlikdən bildirilib. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az