Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən-REAKSİYA
Azərbaycan Ordusunun maddi-texniki bazası Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında hər keçən gün güclənməkdədir. Orduya olan qayğı və diqqət hərbi qulluqçuların da sosial təminatında öz əksini tapır. Bununla yanaşı, hər bir hərbi qulluqçu orduda qulluğuna görə səhiyə xidmətlərindən də istifadə etmək hüququna malikdir. Ali Baş Komandanın diqqəti sayəsində zabit və gizirlərimiz, eləcə də digər hərbi qulluqçularımız bu imkanlardan yararlanırlar.
«Bu gün Azərbaycanda ordu quruculuğu inkişaf edir və bu proses bundan sonra da davamlı olacaq»- deyə, Müdafiə Nazirimiz Zakir Həsənovun dilindən dəfələrlə bəyanatlar eşidirik. Və hətta müdafiə naziri təyin olunduqdan sonra günlərlə ön cəbhədə, əsgərlərlə bir yerdə söhbət aparır. Son tikəsini belə öz əsgəriylə səngərdə bölən, saatını əsgərə hədiyyə edən, daimi təmas xəttində nəinki şəxsi heyyətlə, hətta mülki əhali ilə görüşlər keçirən müdafiə nazirimizin ordu quruculuğunda əməyi təqdirəlayiq haldir.
Lakin bəzi hallarda neqativ halların baş verdiyi də faktdır. Belə hallardan biri də ehtiyatda olan polkovnik-leytenant Sübhan Əmrahov Adil oğlunun üzləşdiyi problemdir. Dünən Miq.az saytında gedən "Heydər Əliyevin şəxsən təltif etdiyi polkovnik- Müalicə oluna bilmir-– ABSURD SƏBƏB" adlı yazıya ([url=http://miq.az/az/heyder-eliyevin-sexsen-teltif-etdiyi-polkovnik-mualice-oluna-bilmir-absurd-sebeb/) ]http://miq.az/az/heyder-eliyevin-sexsen-teltif-etdiyi-polkovnik-mualice-oluna-bilmir-absurd-sebeb/) [/url]Müdafiə Nazirliyi Mətbuat Xidmətinin cavabını olduğu kimi oxuculara təqdim edirik:
Müdafiə Nazirliyi Mətbuat Xidmətindən
Sorğuya cavab olaraq bildiriblər ki:
Ehtiyatda olan polkovnik-leytenant Əmrahov Sübhan Adil oğlunun miq.az saytında dərc olunan müraciətinə cavab olaraq bildiririk ki, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "j” (öz arzusu ilə) bəndinə uyğun olaraq o, Silahlı Qüvvələrdən ehtiyata buraxılıb.
"Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndinə əsasən bu kateqoriyadan olan hərbi qulluqçuların Silahlı Qüvvələrin hərbi-tibbi müəssisələrində tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılmır.
Miq.Az