Müharibə başladı?-Ermənilər tanklardan atəş açır
Bütün cəbhə boyu şiddətli atışma başlayib. Ermənillər tanklardan və iri çaplı silahlardan atəş açıb. Tərtərdə və və digər cəbhə bölgəsindəki rayonlarda şiddətli döyüşlər gedir. Geçə qəfil hücuma keçən düşmən ordusu geri otuzdurulub. Düşmən tərəfdən xeyli itki var.
Yaralılar və döyüşlərin harda getdiyi barədə əlimizdə faktlar olsa da, hərbi sirr olduğunu nəzərə alıb xəbəri tirajlamırıq. Müdafiə Nazirliyinin açıqlamasını gözləyirik. Miq.az-ın əməkdaşı cəbhə bölgəsində mülki şəxslərdən bir nəfər ilə danışarkən tank mərmsi danışdığmız adamın yüz metrliyində partladı...
Bir azdan hərbi sirrləri qorumaq şərtilə yeni cəbhə xəbərlərini tirajlayacağıq.
*****
Erməni silahlı bölmələri atəşkəs rejimini 127 dəfə pozub
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 127 dəfə pozub.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Yusifcanlı, Nəmirli, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 130 dəfə atəş zərbəsi endirib.
Miq.az