
Habelə Ukrayna Türkiyə ilə sıx hərbi-texniki əməkdaşlığa da başlayıb və artıq öz ordusunu "Bayraktar TB2” döyüş pilotsuz təyyarələri ilə təchiz edib. Tezliklə Ukrayna öz dəniz qüvvələrinin ehtiyacları üçün daha bir partiya "Bayraktar”lar alacaq. O cümlədən "Bayraktar”lardan daha üstün olan və seriya istehsalı bu ildən başlayan "Aakıncı” döyüş pilotsuz təyyarələrinin Ukrayna ilə birgə istehsalı barədə anlaşma da əldə edilib.

Bütün bunlar Donbas separatçıları arasında Ukraynanın pilotuz döyüş təyyarələrindən kütləvi istifadə etməklə irimiqyaslı hərbi əməliyyatlara başlaya biləcəyi haqda narahatlıqları artırır.
"Donetsk xalq respublikası”nın başçısı Denis Puşilin jurnalistlərə açıqlamasında deyib ki, Kiyevin bu varianta əl atacağını, pilotsuz təyyarələrdən kütləvi istifadəsini istisna etmir. Amma əmin edir ki, Kiyevin bu addımı cavabsız qalmayacaq.
Separatçılara yaxın olan rusiyalı jurnalist Aleksandr Kots da hesab edir ki, Donbas yeni müharibənin astanasındadır. Onun sözlərinə görə, Ukrayna ordusu təmas xətti boyu qüvvə cəmləyib və fəal kəşfiyyat aparır. "Qoruyucular açılıb və müharibə hər an başlaya bilər”,-o bildirir.
virtualaz.org