“Müharibə olsa, Türkiyəyə uduzacağıq...” - ETİRAF ETDİLƏR

“Müharibə olsa, Türkiyəyə uduzacağıq...” - ETİRAF ETDİLƏR

Dron və raket istehsalında Türkiyədən geri qaldıqlarını yazan Yunanıstan mətbuatı Fransadan alınan "Rafale” döyüş təyyarələrinin kifayət etmədiyini, türklərin inkişaf edən müdafiə sənayesi qarşısında Rusiyadan "S-500” hava hücumundan müdafiə sisteminin alınmasının zəruriliyini vurğulayıb.

Yunanıstanın müdafiə sənayesindəki nöqsanlarını manşetlərə çıxaran yunan mətbuatı Fransadan tədarük edilən qırıcıların kifayət etmədiyini bildirib.

Türkiyənin yerli texnologiyalarının süni intellekt proqramı ilə təchiz edildiyini bildirən yunan mətbuatı yazıb: "Ortamənzilli raket sistemləri, PUA-lar, kamikadze dronları sahəsində Türkiyədən çox geridəyik. Bu gün mümkün müharibənin nəticəsi böyük ölçüdə uzaqdan idarə olunan silah sistemlərindən asılıdır”.

Yunan mətbuatı ehtimal olunan savaşda Türkiyəyə uduzacaqlarını iddia edib.

Siyasi iradə olmadığı üçün yerli istehsalın başlaya bilmədiyini vurğulayan yunan mediası ABŞ-ın Yunanıstanın maraqlarına zidd hərəkət etdiyini və bunun da Rusiyadan "S-500”-lərin alınmasını zərurətə çevirdiyini bildirib.

Bundan əlavə, Ukraynada baş verən proseslərlə siyasi tarazlığın Türkiyənin xeyrinə dəyişə biləcəyi qeyd edilib. (teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az