Müharibə zamanı vurulan Rusiya helikopteri ilə bağlı - Yeni xəbər

Müharibə zamanı vurulan Rusiya helikopteri ilə bağlı - Yeni xəbər

Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı Rusiyaya məxsus Mi-24 helikopterin vurulması ilə bağlı dəlillər toplayıb və ekspertiza keçirib.

Miq.Az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə "RİA Novosti"yə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda istintaq davam edir.

Qeyd edək ki, 2020-ci ilin noyabrın 9-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopteri vurulub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az