Müharibədə döyüşən polkovnikin atası ölüm ayağında- TƏBİB niyə maraqlanmır?

Müharibədə döyüşən polkovnikin atası ölüm ayağında- TƏBİB niyə maraqlanmır?

TƏBİB-in rəhbəri Ramin Bayramlıdan döyüşdə olan zabitin atasına etinasizliq

"Cənab Ali Baş Komandan! Müharibədə olan yaralı pokovnikin korona xəstəsi olan atasına TƏBİB və onun rəhbəri Ramin Bayramlı sahib çıxmır, xahiş edirik tapşırıq verin!"

Bu barədə jurnalist Aqil Alışov feysbuk səhifəsində status yazıb.

Jurnalist yazır ki, TƏBİB-in müharibədə döyüşənlərə biganəliyi başa düşülən deyil:

"Hal-hazırda müharibədə olan polkovnikin atası Sayad Nağıyev koronaya yoluxub. İsmayıllı rayonunda  modul tipli xəstəxanadadır. Vəziyyəti ağırdır. Təcili Bakıda xəstəxanalardan birinə yerləşdirilməlidir. Amma yer tapmaq mümkün deyil. Oğluna müharibədə hər tərəfdə yer olduğu halda, atasına isə Bakıda yer tapılmır. Avqust hadisələri, aprel döyüşləri, 2-ci Qarabağ savaşı iştirakçısı,  bədənində hələ də güllə və qəlpə yarası olan, hal-hazırda döyüşdə olan polkovnikimizin atasına belə münasibət yalnız erməni xisləti ola bilər.

Nə edək? Necə kömək edək, müharibənin ortasında bədənində qəlpə yaralarına görə deyil,  atası üçün narahat olan polkovnikimizə?
 
P.s Xahiş edirəm, maksimum paylaşın, ictimailəşdirin.  Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" şüarı üçün düşmənlə ölüm -dirim savaşına atılan zabitimizin atasına münasibətdən utandım sadəcə. Polkovnikə heç nə deyə bilmirəm. İzah edə bilmirəm ki, TƏBİB-in rəhbəri Ramin Bayramlı Prezident İlham Əliyevin əleyhinə işləyir, vətəndaşları hakimiyyətə qarşı qaldırmaqdı bu adamın fəaliyyəti. 
P.p.s TƏBİB-lə dünən də, bu gün danışdım, hələ də Bakıdan xəstə ilə maraqlanan olmayıb. Bu zabitin atasına  kömək edə bilmək üçün mənimlə əlaqə saxlaya bilərsiniz."-deyə jurnalist qeyd edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az