Müharibədə Rusiya tərəfdən döyüşən erməni komandir məhv edildi - Foto
Ukrayna müharibəsində Rusiya qoşunlarının tərkibində döyüşən erməniəsilli komandir Xaçatur Matevosyan məhv edilib.
Yenipress.az xəbər verir ki, bunu "senzor.net” saytının baş redaktoru, hərbi ekspert Yuri Butusov Feysbukda yazıb.
O bildirib ki, hadisə sentyabrın 30-da Xarkov vilayətinin Kupyansk rayonunda baş verib.
X.Matevosyan Rusiya Silahlı Qüvvələrinin 200-cü motoatıcı briqadasının snayper rotasının komandiri olub. Ukrayna ordusunun 92-ci mexanikləşdirilmiş briqadası onunla yanaşı, daha 4 snayperi zərərsizləşdirib.