“Müşfiqabad qəsəbəsində vəhabilərlə şiə gənclər arasında dava baş verib. Hazırda faktla bağlı araşdırma aparılır”.
Vətəninfo.az xəbər verir ki, bu barədə Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinin növbətçi hissəsindən Axar.az-a məlumat verilib. Məlumatda deyilib ki, hadisədə kimin təqsirkar olması və həbs edilənlərlə bağlı rəsmi məlumat araşdırma başa çatandan sonra ictimaiyyətə çatdırılacaq.
Müşfiqabad qəsəbə sakinlərindən aldığımız məlumatda isə deyilir ki, münaqişə məsciddə axşam namazından sonra verilən iftar süfrəsində başlayıb. Mərasimdə vəhhabilərlə yanaşı, şiə gənclər də iştirak edib. Vəhhabilər onların iftara dəvət edilməsinin yanlış olduğunu, Allaha deyil, bütlərə ibadət edənlərlə bir yerdə iftar açmaq istəmədiklərini bildiriblər. Gənclər isə ciddi etiraz ediblər və mübahisə sonda münaqişəyə gətirib çıxarıb.
Vəhabilərin gənclərlə davasında Əli, Osman və Rauf adlı gənclərin (soyadlarını öyrənə bilmədik) ciddi xəsarət aldığı bildirilir. Davanın kütləvi xarakter alması isə hüquq-mühafizə orqanlarını dərhal hərəkətə keçməyə vadar edib. Xatırladaq ki, dünən Sabirabadda və Müşfiqabadda baş verən şiə-vəhhabi fikir toqquşmasının münaqişə səviyyəsinə yüksəlməsinin səbəbləri və bunun xaricdən körüklənməsi barədə qeyri-rəsmi məlumatlar yayılır.
Vətəninfo.az
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT