Müxalif lider AŞPA nümayəndə heyətimizin radikal addımını dəstəklədi

Müxalif lider AŞPA nümayəndə heyətimizin radikal addımını dəstəklədi
Musavat.com xəbər verir ki, sabiq baş nazir, AXP sədri Pənah Hüseyn Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) addımını dəstəkləyəyən bəyanatla çıxış edib.

Pənah Hüseyn hesab edir ki, Azərbaycan nümayəndə heyətinin dözülməz mühit səbəbindən AŞPA ilə əməkdaşlığı dayandırması və binadan ayrılması doğru addımdır.

Pənah Hüseynin dəstək açıqlaması aşağıdakı fikirlərlə tamamlanır: "Azərbaycanda əsas insan hüquq və azadlıqları, o cümlədən siyasi məhbuslarla, ifadə, sərbəst toplaşma, birləşmə və söz azadlığl ilə bağlı problemlərin olduğunu qeyd edərək və bu problemlərin həllini, o sırada demokratik seçki islahatının keçirilməsini zəruri sayaraq və tələb edərək eyni zamanda bu məsələlərlə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış münaqişənin Ermənistanın xeyrinə uyğun şəkildə birləşdirmə və dəyərləndirmə cəhdlərini qəbuledilməz hesab edirəm və bununla əlaqədar Azərbaycan nümayəndə heyətinin AŞ PA- da fəaliyyətlərini dayandırmaq haqqında qərarını doğru sayıram və müdafiə edirəm". 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az