Müxalif liderlər yaxın vaxtlarda siyasətdən gedəcək - Natiq Cəfərli - VİDEO
"Azərbaycanda siyasi partiyalar lider ətrafında formalaşıb. Həmin liderlərin ideoloji kimliyi, məsələlərə baxışı haqqında insanlar məlumatsız olub. Yeganə ana xətt ondan ibarət olub ki, biz hakimiyyətə qarşıyıq, özümüz hakimiyyətə gəlmək istəyirik. Ancaq sən necə hakimiyyətə qarşısan? Və hakimiyyətə gələndən sonra nələr dəyişəcək? Bu suallarla bağlı son 30 ildə boşluqlar olub".
Bunu Bakupost.az -a müsahibəsində ReAL Partiyasının icra katibi Natiq Cəfərli deyib.
O qeyd edib ki, ölkədə müxalif cameə nəyinsə leyinə yox, kiminsə və nəyinsə əleyhinə formalaşıb:
"Əleyhinə" tipli birliklər və yanaşmalar isə çox vaxt uğursuzluqla nəticələnir".
İndiki siyasi qüvvələrin Qarabağ dalğasında siyasətə gəldiyini deyən Natlq Cəfərli vurğulayıb ki, son illər iqtidar düşərgəsində rebrendiq, nəsil dəyişimi baş verib:
"Müxalifətdə isə bu, baş verməyib. 20-30 il əvvəl Qarabağ dalğasında siyasi səhnəyə gələnlər yenə də siyasətdədir. Artıq Qarabağ məsələsi bitib və ona görə həmin müxalif siyasilər öz vizyonuna korreksiya etməlidirlər. Amma edə bilmirlər. Müxalifət dünyadakı yeni trendləri, yeni ab-havanı tuta bilmir, Azərbaycan iqtidarı bunu daha yaxşı bacarır. Ona görə də müxalif cameədə olanların 90 faizi siyasətdən gedəcək".