Narkotikdən istifadə edənlərin sayı artıb

Narkotikdən istifadə edənlərin sayı artıb

Narkotiklərə qarşı Təbliğat İctimai Birliyinin narkomaniyaya qarşı mübarizə sahəsindəki vəziyyətlə bağlı tədbir keçirib.

“Vətəninfo.az” xəbər verir ki, İctimai Birliyin sədri Məzahir Əfəndiyev narkomaniya probleminin dünyada hər il daha ciddi şəkil aldığını bildirib.
Narkotik maddələrinin ən çox Əfqanıstanda hazırlanığını deyən Məzahir Əfəndiyev qeyd edib ki, bu ölkədə istehsal olunan narkorik maddələrin 15 faizi Rusiyaya, 19 faizi Avropaya, 15 faizi isə Çinə daşınır. Azərbaycanın narkotik maddələrin daşınmasında tranzit ölkə kimi istifadə edildiyini deyən birlik sədri deyib ki, son illərdə Azərbaycan və Rusiya güc strukturları birlikdə 6 uğurlu əməliyyat keçirib və 0, 5 tondan artıq narkotik maddə istifadədən çıxarılıb. O, son 5 ildə Azərbaycanda 5 tondan artıq narkotik vasitənin dövriyyədən çıxarıldığını söyləyib.

İldən-ilə narkotik maddələrin yayılma üsullarının dəyişildiyini deyən Məzahir Əfəndiyev buna görə də bu maddələrin yayılma imkanlarının da artdığını söyləyib. O, bildirib ki, Dağlıq Qarabağ ərazisində və Cənubi Qafqazın nəzarətsiz qalan ərazilərindən narkomafiya istifadə edir:

"Əsas marşrut kimi Əfqanıstan-İran-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Avropadır. Daha bir marşrut İran-Azərbaycan-Rusiyadır. Dağlıq Qarabağda istehsal olunan narkotik vasitələr də dünyanın müxtəlif ölkələrə daşınır. BMT-nin hesabatına görə Əfqanıstanda 500-ə yaxın narkotik laboratoriya fəaliyyət göstərir. Azərbaycanda da belə laboratoriyaların olduğu deyilir".

Məzahir Əfəndiyev hesab edir ki, narkotik vasitələrdən istifadə böyük maliyyə tələb etdiyindən bu alışqanlıq daha çox maddi vəziyyəti yaxşı olan insanlar arasında yayılıb.

Məzahir Əfəndiyev narkotik vasitələrdən istifadə sahəsində yaş senzinin də getdikcə azaldığını deyib: "Azərbaycanda ən çox 18-25 yaş arası narkotik vasitələrdən istifadə edənlərin sayı artıb".

Publika.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az