NATO-nun baş katibi Gürcüstandadır

NATO-nun baş katibi Gürcüstandadır
NATO-nun baş katibi Yens Stoltenberg avqustun 26-da Gürcüstana iki günlük səfərə gəlib.
 O, Gürcüstan prezidenti Giorgi Margvelaşvili ilə görüşüb. Avqustun 27-də isə baş nazir Irakli Garibashvili, parlament üzvləri ilə görüşəcək.
 Stoltenberg avqustun 27-də Tbilisi yaxınlığında Krtsanisi hərbi bazasında NATO-Gürcüstan birgə təlim mərkəzinin açılışında iştirak edəcək.
 Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili deyib ki, bu səfər alyansın Gürcüstana xüsusi dəstəyini göstərir.
 "Bu səfər son illər intensiv şəkildə aparılan yüksək səviyyəli siyasi dialoqu davam etdirir”, - deyə, nazir bildirib.
 Qeyd edək ki, Stoltenbergi NATO-nun Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appathuray müşayiət edir ("Azadlıq" radiosu).


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az