NATO Rusiyaya qarşı irimiqyaslı müharibəyə hazırlaşır - Kremldən ilginc açıqlama

NATO Rusiyaya qarşı irimiqyaslı müharibəyə hazırlaşır - Kremldən ilginc açıqlama

"NATO Rusiya ilə genişmiqyaslı müharibəyə hazırlaşır".

Miq.Az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının müdafiə nazirinin müavini Aleksandr Fomin xarici ölkələrin Moskvada akkreditasiya olunmuş hərbi attaşeləri üçün keçirdiyi brifinqdə bildirib.

"Blokun hərbi quruculuğu bütövlüklə Rusiya ilə yüksək intensivlikli hərbi konfliktə yönəlib” deyə, Fomin əlavə edib.

Fomin vurğulayıb ki, NATO-nun doktrina sənədlərində, o cümlədən 2019-cu ilin hərbi strategiyasında Rusiya "koalisyon təhlükəsizliyə birbaşa təhlükə kimi göstərilir”.

Nazir müavini eyni zamanda xatırladıb ki, "Roma bəyannaməsi öz qüvvəsində qalır. Bu bəyannamədə göstərilib ki, Rusiya və Alyans bir-birini düşmən kimi görmür. Bu müddəa 2010-cu ildə Lissabonda keçirilən NATO-Rusiya sammitində də təsdiqlənib”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az