Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov azadlığa buraxılıb

Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov azadlığa buraxılıb
Azərbaycan Respublikası Ali Məhkəməsində Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində kassasiya şikayətinə baxılıb.

Bu barədə "Unikal” məlumat yayıb. Məlumata görə, Ali Məhkəmənin qərarı ilə Vəli Ələsgərov barədə apellyasiya məhkəməsinin qərarı dəyişdirilərək 6 il 6 ay 20 gün azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və 2016-cı ildən həbsdə olmaqla bu cəzanı çəkmiş olduğundan cəzaçəkmə müəssisəsindən azad edilməsi qərara alınıb.

V. Əsgərovun ailəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə hədsiz minnətdar olduqlarını bildiriblər.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az