Naxçıvanın sabiq daxili işlər naziri həbs olundu - RƏSMİ

Naxçıvanın sabiq daxili işlər naziri həbs olundu - RƏSMİ

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun həbs xəbəri rəsmi təsdiqlənib.

Baş Prokurorluğun mətbuat xidmətindən Miq.Az-a bildirilib ki, sabiq nazirin həbs edilməsi ilə bağlı yayılan məlumatlar doğrudur.

Xatırladaq ki, Ə.Əhmədovun mənimsəmədə təqsirləndirilərək saxlanılması və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb.

Ə.Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilmişdi.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az