Nazir Bakı polisinə yeni rəis müavini təyin etdi
Bakı Şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin edilib.
Miq.Az Strateq.az-a istinadla xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmriylə bu vəzifəyə polis polkovniki Vüqar Ələkbərov təyin edilib.
1975-ci ildə anadan olan V.Ələkbərov Azərbaycan Polis Akademiyasını fərqlənmə diplomuyla bitirib, uzun müddət Polis Akademiyasında müəllim, daha sonra isə BMCMİ-də mühüm vəzifələrdə işləyib.
Sonuncu təyinatına qədərsə BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi olub.
Miq.Az