Nazir cəbhə ilə bağlı CNN-ə danışdı

Nazir cəbhə ilə bağlı CNN-ə danışdı
Xarici işlər naziri Elmar Məmmədyarov CNN kanalında jurnalist Beki Andersonun "Connect the World” proqramında çıxış edib.

Miq.az "Qafqazinfo”ya istinadən  xəbər verir ki, o, cəbhədə yaranmış son gərginlik, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx məskunlaşan azərbaycanlı mülki əhalini və mülki obyektləri hədəfə alması, Ermənistanın həyata keçirdiyi təxribatçı əməlləri haqqında məlumat verib.

Nazir qeyd edib ki, Ermənistanın məqsədi status-kvonu saxlamaqla münaqişənin həllinə maneə yaratmaqdan ibarətdir. O yenilənmiş Madrid prinsipləri əsasında münaqişənin mərhələli şəkildə həllinin mümkün olduğunu bildirib. Ermənistanın hər bir vəchlə danışıqlar prosesini əngəllədiyini və bütün təşəbbüsləri rədd etdiyini vurğulayıb və jurnalistin suallarını cavablandırıb.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az