Nazir dostuna yüksək vəzifə verdi

Nazir dostuna yüksək vəzifə verdi

Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinə yeni sədr müavini təyin olunub. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmri ilə Zeynalov Taleh Tarix oğlu Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin direktoru vəzifəsindən azad edilib. Nazirin digər əmri ilə Taleh Zeynalov Aqrar Xidmətlər Agentliyinin sədr müavini təyin olunub. 

Qeyd edək ki, 2023-cü ilə kimi "Grand-Agro Invitro" MMC-nin direktoru olmuş Taleh Zeynalov kənd təsərrüfatı naziri Məcnun Məmmədovun yaxın dostudur. Məcnun Məmmədov "Agro Food Investments" MMC-nin rəhbərliyində çalışıb. "Grand-Agro" və "Grand-Agro Invitro" MMC-lər adıçəkilən şirkətin kurasyasındadır.  Dördpendirli pizza

Taleh Zeynalov 2017-2018-ci ildə "PMD Group" MMC-nin, "Agro Food Investments" MMC və 2023-cü ildə isə "Grand-Agro Invitro" MMC-nin rəhbərliyində çalışıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az