Nazir iki rayona yeni polis rəisləri təyin etdi - FOTO

Nazir iki rayona yeni polis rəisləri təyin etdi - FOTO

Daxili İşlər orqanlarında kadr dəyişiklikləri olub.

Miq.Az-ın əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkonik Vilayət Eyvazovun əmri ilə, Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev vəzifəsindən azad edilərək, Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Nazirin digər əmri ilə, Göyçay Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov vəzifəsindən azad edilib. O, Qazax Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Hələlik Göyçay Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat yoxdur.(unikal.org)
 
 
 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az