Nazir müavini məhkəməyə çıxarılır: Həbsi gözlənilir

Nazir müavini məhkəməyə çıxarılır: Həbsi gözlənilir

Səbail Rayon Məhkəməsində Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Miq.Az xəbər verir ki, hakim Şahin Abdullayevin sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara əsasən, hər iki şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları mayın 8-də Mədəniyyət Nazirliyində əməliyyat keçirib və əməliyyat zamanı hər iki şəxs saxlanılıb.

Mayın 9-da Prezident İlham Əliyev Rafiq Abbasov və Zakir Sultanovun vəzifələrindən azad edilməsi barədə sərəncamlar imzalayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az