Nazir: Qaz limiti kifayət qədər mürəkkəb məsələdir

Nazir: Qaz limiti kifayət qədər mürəkkəb məsələdir
Qaz limiti kifayət qədər mürəkkəb məsələdir, bizdə qazın qiyməti prinsipcə o qədər də yüksək deyil.

 

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında "2024-cü il üçün büdcə Zərfi"nin müzakirəsi zamanı deyib.

 

Nazir bildirib ki, bu, kifayət qədər mürəkkəb məsələdir: "Ona görə də sosial həssas əhali üçün müəyyən limit qoyulub. Həmin limit çərçivəsində qazın qiyməti daha ucuzdur, limitdən yuxarı hissəsi isə daha bahadır. Bu məsələ sadə məsələ deyil, ona görə bunu açıq etiraf etməliyik”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az