Nazirlər Kabinetindən əhaliyə ismarıc: “İmkansız, günəmuzd işləyənlər heç də narahat olmasın"

Nazirlər Kabinetindən əhaliyə ismarıc: “İmkansız, günəmuzd işləyənlər heç də narahat olmasın

"Kimsə Yasamalda qalırsa bazarlıq etmək üçün 8 km bazarına gedə bilməz, çünki bu qadağandır”.

Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Hökumət rəsmisi qeyd edib ki, əvvəli qadağalarda bəzi insanlar çaşqın qalır: "Onlar qarışdırırdı ki, nələrə icazə verilir, nələrə yox. Amma indiki halda belə çaşqınlıqlar olmayacaq. Məqsəd maksimum təcridi təmin etmək, həyati fəaliyyəti obyektlərin fəaliyyətini təmin etməkdir”.

Nazirlik sözçüsü qeyd edib ki, 20 günlük müddətdə həmrəylik göstərib bu rejimə əməl etsək, sağalma sayı sürətlə artacaq və dinamika dəyişəcək.

O bildirib ki, bu gün ölkədə koronavirusa yoluxmanın sürəti sağalmanın sürətini dəfələrlə üstələyir: "Bu dinamikanı dəyişsək, yəni sağalmanın sürətini artırsaq, 20 gündən sonra sərbəstləşmə tədricən verilə bilər”.

Hökumət rəsmisi əlavə edib ki, sosial müdafiə ilə bağlı Nazirlər Kabinetinə daxil olan təkliflər paketi son müzakirə mərhələsindədir: "İmkansız, günəmuzd işləyənlər heç də narahat olmasın. Bilsinlər ki, onlar dövlətin himayəsindədirlər”./Reyting.az/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az