Nazirlik İcra Hakimiyyətini məhkəməyə verdi
Azərbaycan Müdafiə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətini məhkəməyə verib.
Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, nazirlik icra hakimiyyəti tərəfindən verilən sərəncamın, orderin, qeydiyyat vəsiqəsinin etibarsız sayılması barədə iddia tələbi ilə 2 saylı Bakı İnzibati – İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib.
Həmin qərardan nazirlik apellyasiya şikayəti verib.
Hazırda Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılır.