İmişli əhalisi Tibbi Sosial Ekspert Komisiyasının sədrindən bezib.
“Vətəninfo.az”a İmişlidən verilən məlumata görə, Tibbi Sosial Ekspert Komisiyasının sədri Məmmədəli İbrahimov Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Füzuli Ələkbərovun əhaliyə xidmətin çatdırılması istiqamətindəki fikirlərini qulaqardına vurur. Məlumata görə, İmişli TSEK sədri ekspertizadan doğurdan da xəstəliyi məlum olan və xəstəliyə görə, pensiya müəyyənləşən insanları incitməkdə davam edir. Bir müddət əvvəl Məmmədəli İbrahimov haqqında yazılanlardan bir qədər çəkinib normal xidmət göstərməyə başlasa da,yenidən öz köhnə şakərinə dönüb. Məlumatlara görə, TSEK sədri təkrar komisiyadan keçən insanlardan 250-300 manat tələb edir,eyni zamanda yeni komisiyadan keçən insanlardan isə 1500-2000 min manat alır. Məlumata görə,komisiyadan keçirilənlər isə xəstə insanlar,yəni haqqı olanlar deyil, birbaşa pulla işini həll edənlərdilər.M.İbrahimovun uzaqgörən siyasəti nəticəsində indidən təqaüdçü vəsiqəsini pulla alıb ciblərinə qoya bilirlər. Haqqı olanlar isə məcburiyyət qarşısında qalıb, çarəni nazir Füzuli Ələkbərova sözlərini çatdırmaq üçün Bakıya üz tutmağa hazırlaşırlar.Məlumata görə,bu gün səhər saatlarında İmşlidə 30-a yaxın insan səsini nazir Füzuli Ələkbərova çatdırmaq üçün Bakıda nazilik qarşısında aksiya keçirməyə hazırlaşır.
Kənan
MƏDƏNİ NARAZILIQ... - Yazıçı Anar kimdən kimə şikayət edir?
Müəllimlərə PİS XƏBƏR - AÇIQLAMA
Deputatdan “Azəristiliktəchizat"a etiraz: "Qonşusunun istiliyin pulunu ödəməməsi bina sakinlərinin günahı deyil"
Gənclərin şəxsi və peşəkar inkişafına dəstək məqsədilə təlim proqramı təşkil olunub
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”