Nəyin bahasına olursa-olsun, istefa verməyəcəm - Paşinyan

Nəyin bahasına olursa-olsun, istefa verməyəcəm - Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan tərəfdarlarını istefaya getməyəcəyini bildirib.

Miq.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.

Nəşr qeyd edib ki, ötən gecə hökumət binası yaxınlığında etiraz aksiyaları fonunda Paşinyan tərəfdaşları ilə görüşüb onlara istefa verməyəcəyini və nəyin bahasına olursa-olsun hakimiyyəti saxlayacağını bəyan edib. Baş nazirin bu açıqlamasından sonra meydandakı təhlükəsizlik qüvvələri etirazçılara qarşı daha sərt tədbirlərə keçiblər.

Xatırladaq ki, sentyabrın 19-da İrəvanda kütləvi etirazlar aksiyaları başlayıb. Etirazçılar Ermənistan hökumət başçısını dövlətə xəyanətdə ittiham edərək istefasını tələb edirlər.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az