“Nigar Gülər Əhmədovaya zərbə endirməz”

“Nigar Gülər Əhmədovaya  zərbə endirməz”

Nigar Almanqızının qardaşı “Vətəninfo.az”-a mövqeyin göndərib

Bu gün “Mərkəz” qəzetinin  sabiq baş redaktoru, hazırda qardaş Türkiyə Respublikasında yaşayan  Nigar Almanqızının da Gülər Əhmədova ilə bağlı video yayacağı haqqında redaksiyamıza daxil olan məlumatı yaydıqdan sonra, Nigar xanımın qardaşı Elçin tərəfindən  münasibət dazil oldu. Həmin açıqlamanı olduğu kimi sizə təqdim edirik.
Hörmətli redaksiya!
“Sizin "Nigar Almanqızı da Gülər Əhmədovanın gizli videosunu yayacaq" başlıqlı infarmasiyanız həqiqətə uyğun deyil. Bunu Nigarin qardaşı Elçin olaraq sizə əminliklə söyləyirəm. Düzdür, Nigar "Mərkəz" qəzetinin baş redaktorluğundan ötən il istefa verdikdən sonra keçmiş deputa Gülər Əhmədova, bacımı, hətta mənim haqqımda orda-burda ağzına gələnləri öz vassalları vasitəsilə yazdırırdı.  Bir sözlə hazırda adı gündəmi zəbt edən Gülər Əhmədova, Elşad Abdullayevin məlum videosuna kimi hər vəclə çalışırdı ki, Nigara ve onun ailəsinə o cümlədən qardaşlarına qarşı düşmənçilik etsin. Görünür,  düşmənçilik Gülər Əhmdovanın  xislətindən irəli gələn məsələ imiş. O bu xislətini Əvəz Zeynallı (Allah Qapısını açsın) məsələsində bütün Azərbaycan cəmiyyətinə nümayiş etdirdi. Və sonda özünün qazdığı quyuya necə deyərlər özü düşdü!
Təbii ki, biz buna sevinmirik. Əksinə onun halına acıyırıq. Hətta, Elşad Abdullayevin məlum videosu yayılanda Nigar Azərbaycanda idi. Və sözügedən video haqqında Nigara ilk olaraq mən məlumat verdim. Həmin an Nigarın mən dediyi ilk söz bu oldu "yazıqdır, o nə qədər bizə qarşı, Əvəzə qarşı vicdan hissini itirmiş olsada mənim ona yazım gəldi" dedi. Hətta mən ona gülümsəyərək deyəndə ki, Bəlkə Gülərin Müdafiə komitəsini yaradasan. O mənə dedi ki, "Elçin artıq Güləri nə etsəndə xilas etmək mümkün deyil. Amma bilsəmki, zərrə qədər köməkliyim dəyə bilər o zaman onun haqqında müdafiə xarakterli bir məqalə yazaram. Baxmayaraq ki, o bu müddət ərzində bizə pislik edib. Bəlkə etdiyi hərəkətlərdən peşiman olar"
Hörmətli redaksiya!
Bunları yazmaqda məqsədim odur ki, Nigarın adından sizə sızdırılan məlumat sırf yalnışdır  və heç bir  həqiqətə söykənmir. Çox güman ki, ən geci sabah Nigar özü də sizin saytda gedən məlumata münasibətin bildirəcək.  Sonda bir kəlmə ilə yorumu bitirmək istəyirəm. Nigar, ele bir ailədə tərbiyyə alıb ki, o yıxılanı baltalamaz! Odur ki, Gülər Əhmədovanın ağlı özünə getməsin və Nigar tərəfindən arxayın olsun ki, ona heç bir zərbə endirməz!
Kənan



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az