Nikol Paşinyan: “Bakı Qarabağın statusunu müzakirədən tamamilə imtina edir”

Nikol Paşinyan: “Bakı Qarabağın statusunu müzakirədən tamamilə imtina edir”

Ermənistanın baş naziri Nnikol Paşinyan bu gün parlamentdə çıxış edərkən, Qarabağ savaşı zamanı üzləşdikləri məsələləri, habelə apardıqları danışıqlarla bağlı açıqlama verib. Çıxışında bir çox mətləblərə toxunan Paşinyan deyib ki, müharibənin gedişatı zamanı o, Qqarabağın "prezidenti”, Ermənistanın baş qərargah rəisi ilə atəşkəs əldə etmək üçün bəzi güzəştlərə getməli olduqlarını danışıb. "Daha ciddi güzəştlərə getmək lazım olduğunu müzakirə etdik. Və təcili olaraq Təhlükəsizlik Şurasının iclasını çağırdıq”.

Baş nazir qeyd edib ki, yığncaqdan sonra Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. "Putinə dedim ki, Ermənistan Azərbaycana "5+2” formatında ərazi güzəşti etməyə, rayonları qaytarmağa hazırdır. Müzkirələr zamanı bildirdilər ki, qaçqınların qayıtması məsələsi də həll olunmalıdır. Mən dedim ki, bu məsələ Dağlıq Qarabağın statusunun müəyyən edilməsi prosesi ilə əlaqələndirilsə, etirazımız olmayacaq. Bundan sonra Putin Azərbaycan prezidenti ilə danışıqlar apardı. Məlum oldu ki, Azərbaycan tərəfi bizim ordunun Hadrutdan çıxması ilə bağlı təklifimizi nəinki qəbul etmir, hətta rədd edir. İkincisi isə onlar tələb edirdilər ki, Şuşa da daxil olmaqla Qarabağın statusunun qaçqınların qayıtması mövzusu ilə əlaqələndirilməsini qəbul etmirlər”.

Paşinyan iddia edib ki, Bakı ərazilərin "5+2” formatında deyil, hamısının tez bir zamanda qaytarılmasını istəyib. "Bundan sonra isə Azərbaycan Qarabağın statusu məsələsinin müzakirə ediləməsində tamamilə imtina etdi”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az