Nikol Paşinyan hərəkətə keçdi – Generallara şok təklif

Nikol Paşinyan hərəkətə keçdi – Generallara şok təklif

Ermənistan hakimiyyəti yüksək rütbəli hərbi personala yeni vəzifələr təklif edərək rüşvət verməyə və bununla da narazılıqlarını yumşaltmağa çalışır.

Miq.Az xəbər verir ki, bu barədə Ermənistanın "Joxovurd” qəzeti yazıb.

Qəzet qeyd edib ki, Edvard Asryanın baş qərargah rəisinin müavini təyin edilməsinə baxılmalıdır:

"Bundan əvvəl prezident Asryanın Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəisi və baş qərargah rəisinin müavini təyin edilməsi barədə fərman imzalayıb. General-mayor Asryan fevral ayında Baş Qərargahın Nikol Paşinyanın istefası tələbi ilə bəyanatı imzalayanlardan biri idi. Sonra bu bəyanat baş qərargah rəisi Onik Qasparyanın istefası ilə nəticələndi”.

Nəşr qeyd edib ki, parlament seçkiləri ərəfəsində Müdafiə Nazirliyinin rəhbərliyi yüksək rütbəli 44 hərbi şəxsi dəvət edib, onlara sadiq olduqları üçün yeni vəzifələr təklif edib: "Bu hərbçilərdən biri Asryan idi. Baxmayaraq ki, çoxu onun yüksək vəzitəyə təyin edilməsi ilə razılaşmayıb, amma artıq bu baş verib”.

Qəzet Müdafiə Nazirliyinə 44 nəfərin çağırılmasının simvolik olduğunu bildirib: "Bu rəqəm Qarabağdakı müharibənin 44 gününə uyğun gəlir”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az