Nikolun çıxışında 3 məqam: Bakının istəkləri...

Nikolun çıxışında 3 məqam: Bakının istəkləri...

Nikol Paşinyanın hökumətin iclasındakı çıxışında üç fikri diqqət çəkdi:

- Zəngəzur dəhlizinin açılmasına hazırdırlar;

- Türkiyə ilə əlaqələrin bərpası üçün daha geniş kontekstdə danışıqlar aparmaq istəyirlər;

- Sərhədin demarkasiyası vacibdir: yəni Ermənistan buna da hazırdır.

Ermənistan baş nazirinin sözləri son proseslər fonunda da maraqlıdır: Paşinyan Türkiyədən müsbət siqnalların gəldiyini açıqlamışdı; sərhəddən ordunu geri çəkməyə, sərhədçiləri yerləşdirməyə hazırlaşdıqlarını bildirmişdi; sərhəd istiqamətində erməni təxribatları son dövrlər səngiyib.

Bütün bunlar Azərbaycanın istəklərinin icra edilməsi prosesində irəliləyişin olacağı gözləntisini artırır və istisna deyil ki, bunda Ankaranın İrəvana göndərdiyi "müsbət siqnallar”ın da rolu var.

Hərçənd, Paşinyanın İrana, ardınca Gürcüstana səfərinin arxasında Zəngəzur dəhlizinə alternativ marşrutun yaradılması cəhdi də var: daha çox Tehranın planı olan belə bir alternativin baş tutması olduqca çətindir, Nikol da bunu anlayır, lakin həm İranla münasibətləri qorumaq, həm də "alternativ”lərlə əlini gücləndirmək istəyir.

Asif Nərimanlı



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az