Nöqsanlara yol verən icra hakimiyyətləri (SİYAHI)

Nöqsanlara yol verən icra hakimiyyətləri (SİYAHI)

Hesablama Palatası ötən il həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində nöqsan aşkar olunan icra hakimiyyətlərini və onların yol verdikləri nöqsanların mahiyyətini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, Palatanın hesabatına əsasən, bunlar Gədəbəy, Bərdə, Baləkən və Ağstafa rayon icra hakimiyyətləridir. Məlumata görə, 2018-ci ildə büdcə qanunvericiliyini Gədəbəy RİH üç və Bərdə RİH altı dəfə pozub.

Əsaslı qoyuluşlar üzrə Gədəbəydə dörd, Bərdədə dörd, Balakəndə iki, Ağstafada isə dörd nöqsan aşkarlanıb. Ötən il dövlət satınalmaları ilə bağlı Gədəbəydə iki, Balakəndə altı, Ağstafada üç nöqsan qeydə alınıb. 

Bundan başqa, Bərdə rayon İcra Hakimiyyətində vergi və gömrük qanunvericiliyinin pozulması üzrə iki, mühasibat uçotu və hesabatlılıqla bağlı altı nöqsan aşkarlanıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az