Nuriyyə Əhmədova vəfat etdi

Nuriyyə Əhmədova vəfat etdi
Bu gün səhər saatlarında Azərbaycan Respublikasının xalq artisti Nuriyyə Əhmədova vəfat edib.
Vətəninfo.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə Nuriyyə Əhmədovanın həmkarı, aktyor Əjdər Dadaşov məlumat verib.
Xalq artisti ötən gün ürəyin işemik xəstəliyi və kəskin miokard diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirib. O, bu gün gecə saatlarında vəfat edib.
Nuriyyə Əhmədova 1950-ci il dekabr ayının 26-da Bakıda anadan olub. Azərbaycan Dövlət İncəənət İnsitutunun aktyorluq fakültəsini bitirib.
Əmək fəaliyyətinə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub.  
Allah rəhmət eləsin!  


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az