“Obama nəyisə qarışdırır, mən oyuncaq deyiləm”

“Obama nəyisə qarışdırır, mən oyuncaq deyiləm”

"Əlbəttə, Obamanın bəyanatının mənə dəxli yoxdur. Obama ilə çox yaxşı işləyirdik və onunla çox yaxşı münasibətlərimiz vardı”.

Vətəninfo.az xəbər verir ki, bunu virtualaz.org saytının müxbiri ilə söhbətində Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko ABŞ prezidenti Barak Obamanın sonuncu bəyanatını şərh edərkən bildirib.

Xatırladaq ki, Barak Obama Ağ Evə gələrkən Ukraynanı "Moskvanın nəzarətində olan və korrupsiyaya uğrayan liderin idarə etdiyini” bildirmişdi. Amma 2009-cu ilin yanvarında hakimiyyətə gələn ABŞ prezidenti Ukraynada kimin prezident olduğunu dəqiqləşdirməmişdi.

Halbuki o zaman Ukraynaya Yuşşenko rəhbərlik edirdi. O, bu postu təxminən bir il sonra - 2010-cu ildə tərk edib.

"Görünür, Obama Yanukoviçi nəzərdə tutub. Yanukoviç hakimiyyətə məndən sonra gəlib. Putinin məni, mənim də onu necə sevmədiyimi bütün dünya bilir. Mən necə onun oyuncağı ola bilərdim? Görünür, Obama nəyisə qarışdırıb” - deyə Yuşşenko bildirib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az