On gün əvvəl batmış 6 yaşlı uşağın meyiti tapıldı

On gün əvvəl batmış 6 yaşlı uşağın meyiti tapıldı
Onun cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

On gün əvvəl Kürdə batan şəxsin meyiti tapılıb. Miq.az FHN-in saytına istinadən xəbər verir ki, sentyabrın 6-da Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal edilən 2011-ci il təvəllüdlü Hətəmzadə Orxan Fəxrəddin oğlunun axtarışları başa çatıb.
O.Hətəmzadənin cəsədi sentyabrın 15-də Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.



Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az