"Onlar hamısı gəlib İlham Əliyevdən üzr istəyəcəklər" - Siyavuş Novruzov


"Mən əminəm ki, törətdiyi əməllərə və səhvlərə görə Avropada yaşayanlar hamısı gəlib Prezident İlham Əliyevdən üzr istəyəcəklər”.

Miq.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, tövbə qapıları hər zaman açıqdır: 

"Onlar gəlib tövbə edə bilərlər. Bu insanlar uzun illər Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin apardığı siyasətinə əks mövqe sərgiləyiblər, bu siyasətə qarşı ziddiyyətli addımlar atıblar”.

Deputat qeyd edib ki, hazırda teelviziyalarda eyni simaları dəvət edirlər: "Eyni adam xarici siyasətdən də, daxili siyasətdən də, beynəlxalq hüquqdan, beynəlxalq münasibətlərdən, doğuşdan da, ölümdən də danışırlar. Eyni proqramda çıxış edirlər və ictimaiyyətə də düzgün olmayan məlumatlar çatdırırlar”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az