Aprelin 17-də Milli İncəsənət Muzeyində tanınmış rəssam, heykəltəraş, arxitektor Tamara Kvesitadzenin fərdi sərgisi açılıb.
Sərgi “Kukla” Art-qalereyası, Mədəniyyət və Turizm Nazirliyi və Muzey Mərkəzi tərəfindən təşkil olunub.
Vətəninfo.az AzVision.az-a istinadən xəbər verir ki, sərgidə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və xanımı da iştirak edib.
Ə.Qarayev qonaqları salamlayaraq qeyd edib ki, gürcü rəssamın ilk fərdi sərgisi “Kukla” Art-qalereyasının ikiilliyinə həsr olunub:
“Onun əsərlərində kinetik heykəllər xüsusi maraq doğurur. Sənətkarın Qurban Səidin məşhur romanının qəhrəmanları şərəfinə “Əli və Nino” adlandırılmış heykəli iki ölkə arasında dostluq və məhəbbət rəmzinə çevrilib”.
Tamara Kvesitadze isə Bakını çox sevdiyini bildirib:
“Mən ilk dəfə Bakını görərkən başa düşdüm ki, buraya yenə qayıdacağam. Bakı ideyalarımı təcəssüm etdirmək üçün çox gözəl yerdir. Mən məhz Bakı üçün həm akvarel, həm heykəltəraşlıq əsərləri, həm də kiçik heykəllərdən ibarət qarışıq sərgi hazırlamışam. İstəyirəm ki, bu sərgi mənim dostlarıma salamım olsun”.
Sərgidə sənətkarın yeni işləri təqdim edilib. Onlardan bəziləri məxsusi “Kukla” qalereyası üçün hazırlanıb: “Qadın və Mələk”, “Oxatan”, “Qırmızı və mavi”, “Balerina” və sair. Sərgi aprelin 30-dək nümayiş olunacaq.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev