Osman Sarıvəllinin oğlu vəfat etdi

Osman Sarıvəllinin oğlu vəfat etdi

Azərbaycanın xalq şairi, mərhum söz ustadı Osman Sarıvəllinin oğlu vəfat edib.

Publika.az xəbər verir ki, Osman Sarıvəllinin Türkiyədə yaşayan oğlu, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, professor Babək Qurbanov dünyasını dəyişib. Onun nəşi ata yurdu olan Qazax rayonuna gətirilib.

Qeyd edək ki, xalq şairinin oğlu uzun illərdir Türkiyənin Qaziantəp Universitetində elmi fəaliyyətlə məşğul olub.

O, bu gün dədə-baba yurdu İkinci Şıxlı kəndində dəfn olunacaq.

Allah rəhmət eləsin!

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az