Pakistan: 90-cı illərin səhvi təkrarlanmamalıdır!
Qərb ölkələri ötən əsrin 90-cı illərində Əfqanıstanda buraxdığı səhvləri təkrarlamamalıdır.
Miq.Az xəbər verir ki, bu sözləri Pakistan Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Muid Yusif deyib.
O bildirib ki, Əfqanıstan beynəlxalq ictimaiyyətin dəstəyindən məhrum olarsa, bütün regiona terrorizmin yayılması qaçılmaz olacaq:
"Əfqanıstanda hərtərəfli hökumətin qurulması sülhün bərqərar olması üçün yeganə yoldur. Dünya birliyi Əfqanıstana iqtisadi dəstək göstərməyi də unutmamalıdır”.
Miq.Az