PAKİSTAN - AZƏRBAYCAN DOSTLUĞUNUN DƏRİN KÖKLƏRİ...

PAKİSTAN - AZƏRBAYCAN DOSTLUĞUNUN DƏRİN KÖKLƏRİ...
 
İLK TÜRK SULTANI PAKİSTANLI OLUBMU?
 
Shahin Bagirov
 dosent

...Əksəriyyət Pakistan - Azərbaycan dostluğunun dərin kökləri barədə məlumatsızdır... Çoxları güman edir ki, Hacı Zeynalabdin Tağıyevin vaxtilə Pakistanda yayılmış epidemiyadan əziyyət çəkən insanlar üçün 300 min dollarlıq ianəsi Pakistanın bugünki dostluğunu şərtləndirən əsas amillərdəndir. Əvvəla qeyd edək ki, H.Z.Tağıyevin yaşadığı dövrdə heç Pakistan adında dövlət mövcud olmayıb. Pakistan dövləti 1947-ci ildə İngilis müstəmləkəçiliyindən qurtularaq özünü respublika elan edib.(Eləcə də Hindistan). Bəs bu dostluğun dərin kökləri hara bağlıdır? Qeyd edək ki, Orta əsrlərdə həmin ərazilərdə moğolların (türk mənşəli) uzun sürən hakimiyyəti mövcud olub. İlk türk sultanlığı da Qəznədə Sultan Mahmud (Qəznəvi) tərəfindən yaradılıb. Həmin vaxtlarda heç Osmanlı yaranmamışdı. Vaxtilə həmçinin indiki Hindistan ərazisinə düşən Moğol hökmranlığında türklərin xeyli sayda maddi-mədəniyyət nümunələrini əks etdirən abidələr də mövcuddur. Hər il milyonlarla turist axını bu abidələrin möhtəşəmliyinə tamaşa edir. Tac-Mahal bunun ən əzəmətlisi olsa da ilk belə momereal abidə HUMAYUN kompleksi olub. Türklərin tikdirdiyi belə möhtəşəm maddi-mədəniyyət nümunələrinin sayı 7 olmalıdır. 

HAŞİYƏ: Qeyd edək ki, moğol hökmdarlarından olan Humayun xan Əfqan xanı Şirxana məğlub olanda, Ərdəbilə Şah Təhmasibə pənah gətirir. Şah Təhmasib 12 min nəfərlik Qızılbaş qoşunuyla Humayun xana kömək edir və onun hakimiyyətini bərqərar edir. 

ZƏRURİ QEYD: Məhz HUMAYUN muğamı Ərdəbildə Şah Təhmasibin sarayında həmin qəmli günlərdə yaranır. Çox qısa qəmli melizmlərdən ibarət olsa da Azərbaycan muğam ustadı Əlibaba Məmmədov onu ayrıca muğam halına gətirə bilib. 

LAP ZƏRURİ QEYD: Humayun xan Astrologiya elmiylə  də yaxından məşğul olurmuş. Günlərin bir günü hündür bir məkandan teleskopuyla ulduzları seyr edərkən sürüşüb yıxılır və dünyasını dəyişir. Onun ölümündən sonra həyat yoldaşı Həcc ziyarətindən qayıdarkən Ərdəbilə dönür. Və Humayun xanın qəbrüstü abidəsini möhtəşəm düzəltdirmək üçün Şah Təhmasibdən yaxşı bir memar xahiş edir. Həmin dövrdə əsası Şah İsmayıl Xətai tərəfindən qoyulan Təbriz Minüətir məktəbinin şöhrəti hər yerə yayılmışdı. Həmin məktəbin tanınmış sənətkarlarından olan, azərbaycanlı Ağa Mirzə Mirək Qiyas Ağa adlı bir memar Humayun xanın qəbrüstü memorial kompleksi tikmək üçün yola düşür və öz möhtəşəmliyilə bu gün də turistləri valeh edən Humayun memorial kompleksini inşa edir.
   
P.s. Pakistanda yaşayan xeyli etnoslar mövcuddur ki, böyük əksəriyyəti türksoylu subetnoslardır. Bir çox SUBETNOSLAR SAMANİ imperiyası dövründə dilləri assimliyasiya olunub.  
 
Miq.Az
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az