Paşinyan: "Azərbaycanın Qərb rayonlarını Naxçıvanla birləşdirəcək yol..."

Paşinyan:
"Ermənistan regionda kommunikasiyaların açılması üçün təsirli və konkret addımlar atmağa hazırdır".

Qaynarinfo xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə deyib.

"30 ildən artıqdır ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır. Bu gün biz regionda nəqliyyat kommunikasiyalarının açılması imkanlarını müzakirə edirik", deyə Paşinyan bildirib.

Paşinyan vurğulayıb ki, Ermənistan Azərbaycanla nəinki keçmişdə mövcud olan dəmir yolu rabitəsini bərpa etməyə, həm də yenilərini tikməyə hazırdır. Xüsusilə, şimal istiqamətində Qazaxı Ermənistanın Tavuş rayonu ilə birləşdirəcək yoldan, cənub istiqamətində isə başqa yollarla yanaşı, Azərbaycanın Qərb rayonlarını Naxçıvanla birləşdirəcək qoldan söhbət gedir. 

"Biz Türkiyə ilə dəmir yolları və avtomobil yollarının açılmasına eyni hazırlığı nümayiş etdiririk", deyə Paşinyan bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az