Paşinyan Brüsseldə yenə Tonoyanı müdafiə etdi

Paşinyan Brüsseldə yenə Tonoyanı müdafiə etdi

Mənim bəyanatlarım və Müdafiə naziri David Tonoyanın şərhlərində ziddiyətli heç bir şey yoxdur.

Axar.az xəbər verir ki, bunu Brüsseldə Avropa Şurasının baş katibi Yaqlandla birgə təşkil etdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, erməni tərəfinin yeganə təklifi bir-birinə qarşı güc tətbiqinin dayandırılmasıyla bağlıdır.

O, tərəflərin təhdid dilindən imtina etməli, cəmiyyətlərini sülhə hazırlamalı olduğunu bildirib.

Paşinyan Azərbaycanın onun çağırışlarına cavab verəcəyinə ümid etdiyini deyib.

Qeyd edək ki, bundan öncə Tonoyan Azərbaycanı yeni ərazilərinin işğalı ilə təhdid edib. Paşinyan isə Tonoyanın bu bəyanatını dəstəkləyib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az