Paşinyan KTMT baş katibi ilə görüşməkdən imtina etdi
Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 20-də ölkəyə beş günlük səfərə gələn Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zası qəbul etməkdən imtina edib.
Bakupost.az xəbər verir ki, bu barədə erməni KİV-ləri bildirib.
Qeyd olunur ki, Stanislav Zasın İrəvana gəlişindən iki gün sonra Paşinyan Nyu-Yorka yollanıb və orada BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.
Bu ərəfədə Paşinyanla Stoltenberqin Nyu-Yorkda görüşündən xəbər tutan Zas Ermənistanı planlaşdırdığından bir neçə gün tez tərk edib. Erməni mətbuatı yazır ki, bunu o vaxtdan bəri Zasın Ermənistan rəsmiləri ilə heç bir görüş keçirməməsi təsdiq edir.
Əlavə edək ki, Ermənistan KTMT-nin Qazaxıstanda keçirilən hərbi təlimlərində iştirakdan da imtina edib.