Paşinyan ölən hərbçilərin valideynlərini dilənçilik etməyə məcbur edir

Paşinyan ölən hərbçilərin valideynlərini dilənçilik etməyə məcbur edir

Ötən gün Ermənistan parlamentində təqaüdlərinin artırılması məsələsi müzakirə edilib. Bu dəfə də ölən erməni hərbçilərin ailə üzvlərinə verilən təqaüdlərin artırılması məsələsindən yan keçilib. Bu hal valideynlərin kəskin narazılığına səbəb olub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölən erməni hərbi qulluqçu Robert Yeğoyanın anası Satik Xudaverdyan bildirib.

O, övladını itirdikdən sonra 31 min 680 dram (110 AZN) təqaüd aldığını, ölən hərbçilərin analarının müalicə edilmələri üçün dilənçilik etməyə məcbur qaldıqlarını qeyd edib.

"Hökümət qurumlarına müalicə məqsədilə yardım üçün edilən müraciətlər cavabsız qalır. Təqaüdlərin artırılmaması bir yana, vaxtilə mövcud olan bir sıra imtiyazlardan da mərhum edilmişik", - deyə o etiraz edib.

Qeyd edilir ki, ölən hərbçilərin ailələrinə qaz və enerjiyə görə ödənişlərdə olan güzəştlər, nəqliyyatdan pulsuz istifadə etmə hüququ kəsilib. Artıq bir neçə ildir ki, bu imtiyazlar ləğv edilib. Valideynlər sabiq və indiki Müdafiə nazirlərindən narazı olduqlarını qeyd ediblər.

O, bildirib ki, onların dərdini dinləyən yeganə Müdafiə naziri Seyran Ohanyan olub. Valideynlər Serj Sarkisyanın Müdafiə naziri olduğu dönəmdə də onun qəbuluna getmək üçün heç bir problemlə üzləşmədiklərini qeyd ediblər. Lakin onlar təqaüdlərin artırılması barədə Serj Sarkisyanın verdiyi vədə əməl etmədiyini bildiriblər.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi imtiyazların bərpa edilməsi, təqaüdlərin artırılmasının nəzərdə tutulub-tutulmadığı barədə müraciətə cavab verməyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az