Paşinyan oğlunu Azərbaycana göndərmək istəyir- SƏBƏB

Paşinyan oğlunu Azərbaycana göndərmək istəyir- SƏBƏB

 "Oğlumu Azərbaycana göndərməyə hazıram" - Paşinyan

Paşinyan yenidən oğlunu məhbuslarla dəyişməyi təklif edib: "Mən hələ də bütün erməni əsirlərin qaytarılması müqabilində oğlumu Azərbaycana göndərməyə hazıram".

Turkustan.az xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan bu gün - dekabrın 8-də parlamentin iclasında hökumət saatında müxalifətin "Hayastan” blokundan olan deputat Elinar Vardanyanın sualını cavablandırarkən deyib.

Ermənistan hökumətinin başçısı xatırladıb ki, onun seçki kampaniyası zamanı səsləndirdiyi təklif qüvvədə qalır.

"O vaxt Ermənistan hakimiyyəti rəsmi və qeyri-rəsmi kanallar vasitəsilə mənim təklifimi Azərbaycana çatdırmışdı. Hələlik heç bir cavab yoxdur”, - Paşinyan bildirib.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az