Paşinyan Putinlə nədən danışıb?
Erməni tərəfinin təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Bakupost.az erməni KİV-ə idtinadla xəbər verir ki, tərəflər arasında Qarabağ ətrafında vəziyyətin müzakirəsi davam etdirilib.
Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ardıcıl icrasının vacibliyi bir daha vurğulanıb. . Eyni zamanda, regionda sabitliyin təmin edilməsində Rusiya sülhməramlı kontingentinin rolu qeyd olunub.
Telefon danışığında Rusiya ilə Ermənistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının bəzi aktual məsələlərinə də toxunulub.