Paşinyan: Sülh müqaviləsinə dair Bakı ilə 3 əsas prinsip razılaşdırılıb

Paşinyan: Sülh müqaviləsinə dair Bakı ilə 3 əsas prinsip razılaşdırılıb

Azərbaycanla sülhün bərqərar olmasına və münasibətlərin nizamlanmasına töhfə verə biləcək 3 əsas prinsip razılaşdırılıb.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 30-da parlamentin daimi komissiyalarının birgə iclasında 2024-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, tərəflər bu prinsiplərə əməl etsələr, sülh müqaviləsinin imzalanması reallaşacaq:

"Birinci prinsip ondan ibarətdir ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Üstəlik, Ermənistan Respublikasının ərazisinin 29,8 min kv.km, Azərbaycan ərazisinin isə 86,600 kv. km olması şərti ilə”.

Paşinyanın sözlərinə görə, ikinci prinsip ondan ibarətdir ki, Almatı Bəyannaməsi, plana görə, dövlət sərhədinin delimitasiyası və gələcək demarkasiyası üçün siyasi əsas olmalıdır.

Üçüncü prinsip bütün regional kommunikasiyaların açılmasıdır.

Baş nazirin fikrincə, bu, suverenliyə, yurisdiksiyaya və qanunvericiliyə qarşılıqlı hörmət prinsipləri əsasında baş verməlidir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az